Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib ​

0

  •       Dünyanın nizamının pozulduğu bir zamanda hər hansı bir ölkənin sükanını möhkəm saxlamaq olduqca çətindir . Bu işin öhdəsindən yalnız dahi, müdrik şəxsiyyətlər gələ bilirlər. Bu baxımdan Azərbaycan da bəxti gətirən ölkələrdən biridir ki, onun da Heydər Əliyev kimi dahi dahi bir övladı olmuşdur. Mübaliğəsiz deyə bilərik ki, məhz Heydər Əliyev dühası ölkəmizi bir çox məqamlarda böyük təhlükələrdən xilas etmişdir. Məlumdur ki l, Ümummilli Liderin siyasi kursu bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin gərgin əməyinin nəticəsində ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Hal - hazırda regionda Azərbaycanın iştirakı olmadan, daha doğrusu razılığı olmadan Cənubi Qafqazda heç bir iri layihə həyata keçirtmək mümkün deyildir. Çünki artıq Azərbaycan dünyada etibarlı tərəfdaş və güclü iqtisadi resursları olan ölkə kimi tanınır.​ ​Bu il Azərbaycan üçün çox böyük tarixi əhəmiyyətə malik olan bir ildir. Belə ki, bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023 - cü il "Heydər Əliyev İli" elan edilmişdir. Bu yubileyə Azərbaycan özünün möhtəşəm töhfələri ilə gəlmişdir. Bunlardan ən başlıcası Azərbaycanın 2020 - ci ildə 44 günlük Vətən müharibəsi zamanı​ torpaqlarımızı işğal etmiş mənfur erməniləri ərazilərimizdən qovub çıxarması və onları diz çökdürüb kapitulyasiya aktına imza atdırması hadisəsi oldu. Çünki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi zamanlarda ən böyük arzusu Qarabağı, eyni zamanda digər işğal edilmiş Azərbaycan ərazilərini işğaldan azad etmək idi. O, Qarabağı, o cümlədən Şuşanı çox sevirdi. Hələ sovetlər dönəmində Şuşada Vaqifin məqbərəsinin açılışında şəxsən özü də iştirak etmişdi. Ümummilli Lider deyirdi: "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur. "İndi artıq Ümummilli Liderin ruhu şaddır. İndi Şuşa da, Qarabağ da, üstəlik çiçəklənən Azərbaycan da vardır və artıq bu ölkə ilə dünyanın bir çox güclü dövlətləri hesablaşır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 2023 - cü il mayın 3 - də ADA universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. O, konfrans iştirakçıları qarşısında çıxış edib. İlham Əliyev konfrans iştirakçılarına hal - hazırda bölgədə gedən proseslər və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verib. O, qeyd edib ki, ermənilər 30 il ərzində bütün beynəlxalq görüşlərdə hay - küylə Şuşanın ermənilərə məxsus olduğunu sübut etməyə çalışıblar. Yaxşı, bəs bu şəhər sənə məxsusdursa, niyə buranı dağıdıb talan edirsən? Əgər diqqətlə baxsanız ya buradakı binalar yerlə yeksan edilib, ya da qalan binalar varsa, biz onları əsaslı təmir edirik. Onlar bu şəhəri ona görə dağıdırdılar ki, bu şəhər onların deyildi. Bunu onların özləri də çox yaxşı bilirdilər. Şuşanın harasına baxsan, orada ermənilərə aid heç nə yoxdur. Buranın tarixi , buradakı abidələr tamamilə Azərbaycanla bağlıdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha sonra Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir ki, ötən 2022 - ci il mənim sərəncamımla Şuşa ili elan edilmişdir. Çünki, ötən il Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyi idi. Şuşanın əsası 1752 - ildə o zamankı Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Butün bu danılmaz tarixi faktlar göz qabağında olduğu bir zamanda ermənilər həyasızcasına bu şəhərin guya onlara məxsus olmaları haqqında yalanlar uydurmaqdan çəkinmirlər. Bu qədər də həyasızlıq olmaz. İndi biz həm Şuşada, həm də işğaldan azad edilmiş digər ərazilərdə böyük quruculuq işləri həyata keçirdirik. Məqsədimiz vaxtilə bu yerlərdən qovulmuş insanların öz yurdlarına dönüşünü tezliklə təmin etməkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha sonra konfrans iştirakçılarıni Ermənistan - Azərbaycan danışıqları haqqında da məlumatlandırdı. Ölkə başçısı vurguladı ki, danışıqlar prosesi təəssüf ki, erməni tərəfinin sərgilədiyi qeyri konstruktiv mövqe ucbatından olduqca ləng gedir. Onlar anlamalıdırlar ki , ötən hər bir dəqiqə, hər bir an onların zərərinə işləyir, necə ki , bu mövqe ucbatından onlar 30 ildə çox şey itirdilər. Dəhlizlərin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin başa çatdırılması, iki ölkə arasında sülh sazişinin imzalanması hər iki ölkənin, daha çox Ermənistanın, xeyrinə olar. Bütün bunlara rəğmən Azərbaycan daim sülhə sadiqdir və bu yolda səylərini davam etdirməkdədir.​ ​ ​Nəsibə Quliyeva,​ ​ ​Xocalı rayonundan şəhid bacısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Prezident Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib

    Maraqlı gələ bilər
    49
    51